23 Şubat 2017 Perşembe

Konseptli ad günlərimiz

   Bizim ailədə yeni bir ənənə başlayıb. Uşaqların ad günlərini həm əyləncəli, həm də yaddaqalan keçirmək üçün onların istədiyi bir konseptə uyğun qeyd edirik.
  
   Bu cür ad günlərini ilk dəfə internetdə görəndə çox bəyənmişdim. Bizdə də belə ad günü hazırlayan şirkətlər varmı deyə çox aradım. Qarşıma bahalı və dəbdəbəli ad günü təşkilatçıları çıxdı. Heç biri sadə vətəndaşın büdcəsinə uyğun gəlməyən belə ad günü təşkilatçılarının istədiyim bir tərzdə ad günü  nümunələrini görə bilmədim.

  Çox bahalı və təmtəraqlı məclisləri gərəksiz gördüyüm üçün sevmirəm mən doğrusu. Tək istədiyim ad günlərini uşaqların yaddaşına gözəl bir gün kimi həkk edərək, onları sevindirmək idi. 

   Sonra yenə internerdən bir çox anaların özlərinin bu işlə məşğul olub,  ortaya gözəl bir iş çıxardıqlarının şahidi oldum. Görəsən mən də bacararammı deyib başladım fəaliyyətə.  

  Konseptli ad gününə məxsus cəhətlər : temanın rənginə uyğun bolluca şarlar, bannerlər, kreativ bəzəklər və yemək süfrəsindən əlavə yenə temaya uyğun tort, cupcake və başqa şirniyyatlarıdan ibarət stend-masa hazırlamaqdır.

    İlk olaraq 2 aylıq bir hazırlıqdan sonra baş tutan və hər kəsin marağını və təqdirini qazanan körpəmin bir yaşını qeyd etdiyimiz ad günündən sonra başladı hər şey. Bu rəngarəngliyi görən digər uşaqlar da təbii ki, öz ad günlərini eyni ab-havada görmək arzusuna düşdülər. O gündən etibarən ailəmizdəki balaca uşaqların hər birisi üçün hədiyyə olaraq növbə ilə konseptli ad günü partisi hazırlayırıq.

   Bu ad günlərinin bloqumun yaddaşında qalması, həm də oxuyanlara bəlkə yeni bir ideya verib, faydası olar düşüncəsi ilə çox detallara enmədən burada qeyd etmək istədim.
  
   İlkin olaraq körpə Səlimimin bir yaşını qeyd etdiyimiz təyyarə konseptli ad günümüzdən başlamaq istəyirəm. Qeyd edim ki, bu ad gününün bütün parçalarının ideyası da, dizaynı da özümüzə məxsusudur. Bircə tortu sifarişlə bişirtdirmişdik.

Bu da Səid balamızın Spiderman konseptli ad günü. Yayda, adətən, kənddə dincəldiyimiz üçün ad gününü həyətdəki çardaqda keçirdik. Və kənddə yaşayan qohum-əqrabanın, xüsusən də ordakı uşaqların xeyli marağını çəkmişdi bu parti. Tortu bir təhər özümüz etməyə çalışdıq. Məncə pis də alınmadı.

   Və futbol xəstəsi olan böyük oğlum Abdullahın futbol temalı ad günü. 13 yaşı olan yeniyetmə balamızın partisində nisbətən sadə bəzəklərdən istifadə etdik. Yenə hər şey kimi tort da öz əl işimizdir :)
   
   Balaca prinsessamız Mədinənin 3 yaşı - Hello kitty konseptli ad günümüz. Sitarə bacımla hamını yatırıb gecə yarılarına qədər deyə-gülə bəzəmişdik evi. Bunun da bir başqa ləzzəti var. Mənim əyri-üyrü tortlarımdan fərqli olaraq tort canım bacımın sənət əsəridir :)

   Vəə son olaraq cimcimə Zərifşanın Maşa və ayı temalı ad günü. Bir həftə öncəsindən öz ad günü üçün rəngli kağızlardan bəzək hazırlayan 7 yaşlı Zərişim surpriz ad gününü öyrəndikdə xeyli sevinmişdi.  Burdakı tort da öz əməyimizin məhsuludur.
      
Hər dəfə hazırlıqlara başlayanda və proses boyu bu nə işdi başıma açmışam deyə içimdən keçirmirəm desəm yalan olar. Çünki belə işlər qabiliyyətdən daha çox səbir istəyən işlərdir. Lakin hər ad günündə səbəbkar uşaqların üzündəki sevinci, qonaqların məmnuniyyətini və sonradan uzun müddət həmin ad günündən danışılaraq yaddaşlarda qalmasına nail olduğumuzu gördükdə nə yaxşı ki, etmişəm deyib, həvəslə növbəti uşağın ad günü hazırlığına başlayıram :)

 Hələ qarşıda Dinozavr və Batman temalı ad günlərimiz durur. Görəsən necə alınacaq deyə böyük həyəcanla hazırlıqlara başlamışam belə. 

   Siz necə, konseptli ad günlərini sevirsinizmi? Uşaqlıqda biri sizə ən sevdiyiniz cizgi film qəhrəmanı və ya hər hansı bir nəsnəyə uyğun surpriz ad günü partisi hazırlasaydı nə düşünərdiniz? Sevinərdizmi? Bu mövzuya baxışınız mənim üçün çox maraqlıdır. Yorum olaraq fikirlərinizi buraxsanız çox sevinərəm.

   Hər kəsə gözəl günlər və sevgilər...





22 yorum:

  1. Ah ah ben de oğluşlara ne güzel doğumgünü partileri hazırlamıştım. Bir ara bloğumda çocuklara doğumgünü partisi fikirleri etiketine bakabilirsin.

    Korsan partisi, kızılderili partisi, orman partisi, arabalar partisi, bilim partisi, ressam partisi, dedektif partisi, balıkçı partisi, uzay partisi,kukla partisi, origami partisi,müzik her yerde partisi, oyun partisi, hobbit partisi, ptt partisi...

    Oğluşlar büyüdüler artık, ne eğleniyorduk onlarla birlikte hazırlık yaparken :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ay maşallah... Nə qədər fərqli-fərqli konseptlərdə partilər hazırlamısınız. Mütləq baxım gərək sizin bloqdakı söylədiyiniz etiketə. Əminəm gözəl fikirlər də taparam orda. Çox-çox təşəkkürlər.

      Sil
  2. Ellerinize sağlık hepsi çok güzel olmuş dilerim devamı gelir sizin içi ne güzel bir uğraş olur.Ayrıca yazınızı da çok beğendim se giyme okudum anladığım kelimeler var a çok keyifliydi beni gulumsettiniz.

    YanıtlaSil
    Yanıtlar
    1. Çox xoş gəldiniz öncəliklə. Yazını anlamanıza sevindim. Nə də olsa az fərqlə eyni dili danışırıq. Mən də çox zövq alıram bu işlərdən. İstəyən olduqca davam edəcəyik hər halda. Sevgilər♡♡

      Sil
  3. Bazı kelimeleri yazınım devamından çözmeye calişa calsa yakinda cozucem azericeyi. Cok guzel konseptler ya bende bayiliyorum Masal kıza konsptli kutlamalar yapmaya. Operim cokk cokk kuzucukları....

    YanıtlaSil
    Yanıtlar
    1. :) Çox sevindim. Oxuduqca mütləq bir yardımı olacaq dili daha yaxından öyrənmənizə. Mən də Masal qızımızı öpürəm. Çox sağ olun.

      Sil
  4. Bende cok begendim.Ne kadsr güzel ugrasmissiniz.Benim kizimin dogun gnüde geliyor.Ama neyi ne zaman hazırlıcam onu bilmiyorum :)
    Cok güzeller hepside masallah sizede çocuklarada :)

    YanıtlaSil
    Yanıtlar
    1. Bəyənmənizə çox sevindim. Qızınız üçün prenses temalı bir doğum günü canlandı gözlərimdə nədənsə... :)) Ən az 1 ay əvvəldən başlamaq lazımdır hazırlığa. Tələsin :) Çox-çox sevgilərrr.. ♡

      Sil
  5. Canim bacim,ellerin dert gormesin superdi hamisi.insaAllah yayda orda olsag Salehime bir dogum gunu konsepti isterim senden😍😘

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ ol can bacım. Mütləqqq.O zatən fikrimizdə var. Ləmədə Salehim üçün gözəl bir parti düşünmüşəm mən də. Qalır konsept seçimində Salehdən ipucu almaq.Öpdüm.

      Sil
  6. hihi hepsi çok tatlıııı, özellikle medine ve zerifşah :)

    YanıtlaSil
    Yanıtlar
    1. Deyilmi? Qız oldumu çəhrayılı (pəmbəli),bönövşəyili (morlu) hər şey çox gözəl, çox şirin olur. Ah bilsəniz evimiz çəhrayıya (pəmbəyə) necə həsrət :( Sevgilər Deepcim.

      Sil
  7. Merhaba Umman kızım. E-posta üyeliği yapmıştım bloğuna. Böylece bu yayınını gördüm. Keyifle okudum. Çok da hoşuma gitti. Ne kadar güzel olmuş. Nice ad günlerini mutlulukla kutlarsınız dilerim. Bir bloggerımız var. Neşeli Süs Evim diye. Ararsan mutlaka bulursun. Hani çok güzel şeyler paylaşıyor, bilgin olsun dedim canım.
    Bana ziyaretlerin çok mutlu ediyor . Çok teşekkür ederim adı güzel, mutlaka yüreği gibi kendisi de güzel kızım. Sevgiyle kucaklıyorum seni. Ece ablan :))

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm Ece ablam ziyarətiniz və gözəl yorumunuz üçün. Neşeli süs evimi sevərək mən də takip edirəm. Sıcacık və mehriban qəlbinizə sağlıq. Çox sağ olun.♥♥♥

      Sil
  8. Heqiqet de hazırladığınız partilerle uşaqları cox sevindirirsen.Ele ona göre de her kesin sevimlisine çevrilmisen.İnşaallah daha gözel parti konseptleri zakasları qebul edib hazırlayasan.öpdüm

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ ol canım mənim. Hər zaman deyirəm, sizin sevginiz və təqdirinizdir məni həvəsə gətirib növbəti hazırlığa başlamağıma stimul verən. Nə yaxşı ki, varsınız. Sizi çooox sevirəm.♡♡♡

      Sil
  9. Merhaba,
    Hepsi de ne güzel görünüyor. Sofralar bir harika, emeklerinize sağlık.
    Ben özellikle Abdullah balanın konseptini beğendim, benim büyük görse bayılırdı eminim ki.

    YanıtlaSil
    Yanıtlar
    1. Öncə çox xoş gəldiniz. Təşəkkür edirəm. Bəyənmənizə sevindim. Oğlan uşağı olur da futbolu sevməzmi?! Bizdə xəstəlik vəziyyətindədir artıq :)

      Sil
  10. Bende doğum günlerini hazırlamayı çok seviyorum. Yeni farklı fikirler ortaya çıkarmak çok zevkli. Yeterki istenilsin yapılmayacak şey yok. Güzel bir paylaşım olmuş. Teşekkür ederim. Takipteyim. Bende beklerim.

    YanıtlaSil
  11. Bu yenilik ətrafdan dəstəklənərsə nələr edilməz ki?! Təşəkkür esirəm Şükran xanım. Məmnuniyyətlə ziyarətinizə gələcəm.

    YanıtlaSil
  12. Əla fikirdir. Maşallah çox gözəl əl işləriniz var. Keçmiş mənim tabeliyimdə olmayıb , amma gələcək mənim tabeliyimdə olduğu üçün mütləq gələcəkdə övlarıma mən də sənin kimo sürpriz partilər hazırlayacağam. Sənin hər yazında gələcəyə dair bir şey öyrənirəm. Oxumağa davam...

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş sözlərinə görə çox sağ ol canım mənim. Əlbəttə həyatımız əslində bir baxıma bizim əlimizdədir. Qərarlarımızla onu yönləndirən bizik.Gözəl günlər diləyirəm ♡♡♡

      Sil