3 Mart 2017 Cuma

Mücərrəd dünyanın inciləri - Ümid


         
   Nələr vermədi ki, Rəbbim bizə... Bu kirli dünyada yaşaya bilməyimiz üçün nələr lütf etmədi ki, öz sonsuz xəzinəsindən?!

   Heç düşündükmü ümidimiz olmasaydı necə olardı halımız? Necə irəliləyərdi həyatımız? Ümidsiz gəlməzdimi bir an öncə dünyanın sonu?!

   Çünki ümid  yuvarlanarkən uçurumlara doğru əlini atıb tutuna bildiyimiz, sağlam bir budaqdır ;
   
   Ətrafımızda kristal buzlardan hörülmüş divarları əridən istisiylə isidib, nuru ilə parçaladığı zülmətin içindən işıqlı yolları göstərən günəşdir ;
  
   Ötən soyuq bir qışdan sonra ağaclara muncuq düzüb, çəmənlərə ulduz səpən, 
miskin könüllərə həyat coşğusu axıdan bahardır ;

   Yolçuluğu dağların zirvəsindən başlayıb susuz çöllər aşaraq ümmana çatmaq üçün can atan, içindəki büllur damlaları öz dünyasına  qovuşdurmaq üçün gecə-gündüz durmadan yol gedən çaydır ;

   Hər şeydən yorulub əlini-ətəyini çəkərkən yaşamdan, getməyin üçün səbəblər düzülərkən yan-yana, sənin yoxluğunu şiddətlə arzu edənlərə inad qulaqlarına "davam et, bir dəfə də" pıçıldayan ən böyük nemətdir ümid...

   Bir gün masivadan sıyrılıb, qəflətdən oyanıb, rıza-yı İlahi çərçivəsində mələk kimi yaşayıb, adam kimi öləcəyinə inandıran bir lütfdür ümid...

   Boş yaşanan bir həyat, puç olan bir ömür, çiyinlərə yüklənən bunca günahlardan sonra Böyük Yaradanın rəhmətindən kəsilməyən, hələ də cənnət xəyalları qurdurub, yaşamaq üçün ən böyük stimul bəxş edəndir ümid...

   Ümidin yoxsa sabahlar əzab olub çökər üzərinə...

   Ümidin yoxsa qaranlığın zülmət qapısından  dalarsan bilinməzlərə doğru...
 
   Havada bom boş qalaraq çox şeylər arar tutunmaq üçün  uzatdığın titrək əllərin...
   
   Odur ki, ümidlərimiz heç solmasın, ümidsiz bir anımız olmasın...

    Və bu gözəlliyi bəxş edən rəhməti sonsuz Rəbbimizə minlərlə şükürlər olsun...

10 yorum:

  1. Girişteki sözler ne kadar güzel,ümit ile doldurdu yüreğimi..evet Allah tüm bu değişiklik tüm bu güzellikleri şu bedbaht dünyanın zorluklarına katlanabilmek için bağışlamış olabilir bize,bu olabilir.
    Benim gönlüm açan çiçekten uçan kuştan memnun oluyor çocuk ölüyor coşuyor..elhamdülillah nimetleri sayısız rahmeti sonsuzdur Rabbimizin.
    Allah razı olsun kardeşim.

    YanıtlaSil
    Yanıtlar
    1. Bəlkə də ümidsizlikdir bütün bədbəxtliklərin başı. Bir sarıla bilsək ümidlərimizə... Gözəl qəlbiniz və yorumunuz üçün Allah sizdən də razı olsun.

      Sil
  2. Ne kadar guzel yazmissin, kalemine yuregine saglik. Gercekten umidimizin olmasi ne kadar da anlamli bir sey. Cok tesekkur ederim bu guzel paylasimin icin. 😊

    YanıtlaSil
    Yanıtlar
    1. Həyatımız ümidlə anlamlanır zatən. Mən təşəkkür edirəm ziyarətiniz üçün ♡

      Sil
  3. Cox sevdiyim bir deyim var umidle ilgili.UMUT hic bitmeyen bahar mevsimidir,icine karda yagar,firtinada gopar.Ama cicekleri hep acar.canim bacim,gelbin hep bahar mevsimi olsun ve umid ciceklerin hec vaxt solmasin.⚘⚘⚘

    YanıtlaSil
    Yanıtlar
    1. Çox gözəl deyimmiş bacı. Heç birimizin ümidləri solmasın inşallah. Biz yaşadıqca ümidlərimiz də var olsun inşallah.

      Sil
  4. Doğrudur,ümidim Allahın insana bexş etdiyi gözel nemetdir.Ümidimiz olmasa zaten bu dünyada yaşamağımızınız anlamı qalmayacaq.Ümid geleceye doğru açılan qapıların acarıdır.Her kes bu açarları yaxşı qoruyub saxlamalıdır.Öpdüm canım bacım

    YanıtlaSil
    Yanıtlar
    1. Doğrudur ümidli insanın gələcəyi də xoşdur. Çünki ümidlər səssiz dualarımızdır məncə. Rəbbimizdən başqa kimsənin duymadığı. Təşəkkürlər canım mənim.

      Sil
  5. Necə də gözəl ifadə etmisən ümidi. İnsanı həyata bağlayan , ucsuz-bucaqsız dünyada ,gələcəyin qeyri-müəyyənliyində ümidimiz olmasa 1 dəqiqə belə yaşaya bilmərik. Həyat öz mənasını itirər və ümidsizliyimizdə boğularıq...

    YanıtlaSil
  6. Doğrudur, ümid kimi neməti bəxş edən Rəbbimizə hər gün şükür etməliyik əslində.

    YanıtlaSil