26 Şubat 2018 Pazartesi

Elxan Elatlı - Pəncərədə görünən kölgə




   Nəhayət, uzun bir aradan sonra yenidən öz yazıçılarımızdan birinin əsərini oxumaq nəsib oldu mənə. 

   "Pəncərədə görünən kölgə" Elxan Elatlının oxuduğum ikinci əsəridir. Doğrusu ilk oxuduğum əsər -  "Qan ləkəsi" daha əhatəli və dərin olsa da, nədənsə, çox da bəyənməmişdim. Geniş mövzusunun əksinə dili bəsit gəlmişdi. Həm əsərdəki qəhrəmanların həyat tərzi milli mentalitetdən xeyli uzaq görünmüşdü.

   Yazıçının "Pəncərədə görünən kölgə" əsəri də digərləri kimi detektiv bir romandır.

19 Şubat 2018 Pazartesi

8. Mim - Sinema ve ben



     Canım Ayselimin (Blue thing)Nərminimin (Kəlimələrin gücü) məni eyni zamanda mimlədikləri maraqlı bir mimlə hər kəsi salamlayıram. Öneri makinasının başlatdığı bu mimlə bir çox bloqda qarşılaşmışdım. İstədiyi qədər izləmə imkanı olmasa da, filmləri çox sevən biri olaraq bu mimdəki sualları cavablamaq mənə əyləncəli və maraqlı anlar yaşatdı. Ümid edirəm ki, sizlər üçün də maraqlı olar. Elə isə başlayaq.

12 Şubat 2018 Pazartesi

Şokoladlı qurabiyə


(Səhvən sildiyim pu postumu çox çalışsam da yorumları ilə birgə geri qaytara bilmədim:( Məcburən yenidən , amma, eyni tarixə yükləyəsi oldum)
    Ləzzətli bir reseptlə yenə qarşınızdayam əzizlərim. Birdən ağlıma gəldi ki, mən uzun zamandı heç bir resept paylaşmıram bloqumda. Hansı resepti paylaşım deyə düşünərkən bu aralar uşaqlı-böyüklü bütün ailənin favorisi olan bir qurabiyə reseptinin məqsədəuyğun olacağını düşündüm. İndidən deyim bu qurabiyə həyatınızda yediyiniz ən dadlı qurabiyə ola bilər. Hələ bir də bizim kimi şokolad və kakao sevənlərdənsinizsə kağız-qələminizi hazırlayın. Başlayıram ərzaqları saymağa:

5 Şubat 2018 Pazartesi

7. Gecikmiş mim - 2018 hədəflərim



   Həftənin ilk günüdə hər kəsə salam olsun. Nəhayət ki, çooxdan yazmaq istədiyim bir yazını yazıb yayınlaya bilmə imkanı keçdi əlimə. Doğrusu 2018-ci ildəki hədəflərim deyə belə bir yazı yazmağı öncədən düşünüb qərar vermişdim. Sonradan tam da buna uyğun bir mimi Yalnız ama özgür adlı gözəl bir bloqun sahibəsinin başlatdığını gördükdən və bir çox bloqqer dostların qələmindən oxuduqdan sonra mən də elə  mim yazısı olaraq yazmağı daha məqsədəuyğun saydım. Gəl gör ki, yazıb ərsəyə gətirmə imkanım heç cür olmadı.